Ermənistanın müdafiə naziri David Tonoyan İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Ermənistan-Azərbaycan dövlət sərhədindəki mövcud vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlər müzakirə olunub. 

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) regiona səfərə gəliblər. Onlar Ermənistandan sonra Azərbaycanda bir sıra görüşlər keçirəcəklər.