Türkiyənin İstanbul şəhərində tikilməkdə olan metro stansiyası yanmağa başlayıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki,  hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Yanğının böyüməməsi üçün iş aparılır. Bildirilir ki, hazırda hadisə nəticəsində xəsarət alan yoxdur.

Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.