Bakıda oğurluq edən şəxslər tutulub. 

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 3 mağazadan pul, tütün məmulatı, mobil telefon və danışıq kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri F.Dadaşov, A.İbrahimov, Ə.Daşdəmirov və H.Ağayev saxlanılıb.