Azərbaycan Prezidenti İlham Əliyev Maqsud Məmmədovla bağlı sərəncam imzalayıb. 

Unikal.org xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Maqsud Davud oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, baletmeyster, Azərbaycan SSR xalq artisti olan Maqsud Məmmədovun sabah 90 yaşı tamam olacaq.