25 Avqust 2019
24 Avqust 2019
Minlərlə avtomobil geri çağırıldı - Məşhur avtomobil firmasında qüsur
Minlərlə avtomobil geri çağırıldı -Məşhur avtomobil firmasında qüsur İQTİSADİYYAT 22:23 2019-05-29

"Ford" Rusiyada 14,5 mindən çox avtomobili geri çağırıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, geri çağırılma Rusiyada 2012-ci ilin avqustundan 2018-ci ilin aprelinədək satılmış "Explorer" modelinə şamil olunur.

Məlumatda qeyd olunur ki, qərar arxa təkərlərin nizamlanma rıçaqında aşkar olunan qüsurlarla əlaqədardır.

Bu qüsurun avtomobilin qəza riskinin artmasına səbəb ola biləcəyi deyilir.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.