20 İyun 2019
Tanınmış aktyor vəfat etdi
Tanınmış aktyor vəfat etdi DÜNYA 23:14 2019-05-29

“Xaç atası-2” və “Bryusterin milyonları” filmində çəkilmiş tanınmış akytor Karmine Karidi 86 yaşında vəfat edib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, komada olan aktyor Los-Ancelesdə klinikaların birində dünyasını dəyişib. 

Qeyd edək ki, Karmine Karidi “Xaç atası-2” və “Xaç atası-3” filmlərində oynadığı müxtəlif rollarla yadda qalıb. O, filmin ikinci hissəsində Karmine Rozato, üçüncü hissəsində isə Çikaqo cinayətkar qrupunun başçısı Albert Volpenin rollarına çəkilib. 

Aktyor 60 illik karyerası dövründə 100-dən çox film və teleserialda rol alıb.