Argentinada ümumi tətillər səbəbindən aeroportlarda bütün reyslər, o cümlədən beynəlxalq aviakompaniyaların reysləri ləğv olunub.

Unikal.org xəbər verir ki, Argentinda fəaliyyət göstərən aeroportların operatoru “Aeropuertos Argentina 2000” kompaniyası vətəndaşlara suallarla bağlı aviaşirkətlərə müraciət etməyi məsləhət görüb.

Ölkənin ən iri aviadaşıyıcısı “Aerolineas Argentinas” 330 reysi ləğv etdiyini və bunun 37 min insana təsir göstərəcəyini bildirib.

Məlumata görə, mayın 29-da Argentinada hakimiyyətin iqtisadi siyasətinə qarşı həmkarlar ittifaqlarının təşkil etdiyi tətillər başlayıb. Ölkədə keçiriləcək mitinqlərlə əlaqədar metro nəqliyyatı, bir sıra avtobus və qatar xətləri də fəaliyyət göstərməyəcək.