"Etiraf edirik ki, bu gün təhsil sistemində müəyyən problemlər mövcuddur və bunun da obyektiv, subyektiv səbəbləri var".

Unikal.org xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov Təhsil Nazirliyinin media nümayəndələri üçün keçirdiyi təlimdə deyib.

Nazir müavini bildirib ki, bəzi şagirdlərin və müəllimlərin psixoloji problemləri var: "Ona görə də məsələyə həssaslıqla yanaşırıq. Nəzərə alsaq ki, ölkədə 1 milyon 600 min şagird təhsil alır və onların hər birinin xarakteri ayrıdır. Həm də onlar formalaşmış xarakterlə məktəbə daxil olurlaar. Çünki onlarda xarakter 3-5 yaşlarında formalaşır. Ona görə də məktəb dövründə həmin uşaqlarla yaxşı məşğul olmamışıqsa gələcək inkişaflarında problem ola bilər".