“24/7 Wall Street” portalı bütün dövrlərin 100 ən yaxşı mahnısını müəyyən edib.

Unikal.org xəbər verir ki, birinci yerdə “The Beatles” qrupunun “Yesterday” mahnısı qərarlaşıb.

Bu mahnı “Billboard” çartlarında 11 həftə birinci yerdə qalıb.

İkinci yerdə “Simon&Garfunkel”in “Bridge Over Troubled Water”, üçüncü yerdə isə Adelin “Rolling In the Deep” mahnıları yer alıb.

İlk beşlikdə həmçinin “The Beatles”in daha bir mahnısı “Hey, Jude” və Con Lecendin “All of Me” mahnısı yer alıb.