33 yaşlı aktrisa, rejissor, yazıçı Lena Danem kök bədən quruluşuna baxmayayaraq, açıq-saçıqlıqdan çəkinmir və özünü bu cür sevdiyini deyir.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu günlərdə İnstaqram hesabında çılpaq fotosunu paylaşıb.

"Yolumuzda dayanan bütün mənfi hallar bizi özümüzü sevməyə daha çox vadar edir. Özünüzü nə üçün sevdiyinizi yazın. İlk mən başlayın. Mən çılğınam və öz həyatımın məsuliyyətini daşıyan, eyni zamanda soyunmağı sevən qadınam. İndi siz yazın! Hər bir rəyə görə alkoqol və narkotikdən əziyyət çəkən qadınlara yardım edən xeyriyyə təşkilatına bir dollar bağışlayacağam" deyə, o, paylaşımda bildirib.