Bərdə rayonunun Dəymədağlı kənd sakini Vaqif Məmmədovun işlədiyi kafenin yaxınlığındakı qamışlıq ərazidə çətənə bitkisi yetişdirdiyi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, polis əməkdaşları əraziyə baxış keçiriblər. V.Məmmədovun aqrotexniki üsulla yetişdirdiyi narkotik tərkibli 22 çətənə bitkisi aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.