Türkiyədə 4,1 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Bodrum şəhərindən 23 kilometr şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.