25 İyun 2019
24 İyun 2019
Müəllimlərin yerdəyişməsi üçün 5000-dən çox vakant yer ayrılıb
Müəllimlərin yerdəyişməsi üçün 5000-dən çox vakant yer ayrılıb REPORTAJ 12:22 2019-05-31

"Dövlət ümumtəhsil müəssisələrində müəllimlərin yerdəyişməsi üçün 2019-2020-ci tədris ili üzrə 5000-dən çox vakant yer təqdim edilib".

Unikla.org xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə media nümayəndələri üçün təlimdə deyib.

M.Camalzadə bildirib ki, hər zaman olduğu kimi, yerdəyişmə ilə bağlı ixtisaslar eynidir: "Bura ibtidai sinif, kimya, biologiya, ingilis dili, musiqi və texnologiya fənni aiddir".

Nazirlik rəsmisi əlavə edib ki, yerdəyişmə prosesi yekunlaşdıqdan sonra müəllimlərin işə qəbulu üçün nəzərdə tutulan boş yerlərin sayı məlum olacaq.

O həmçinin vurğulayıb ki, avqustun 26-dan sonra müddətli müqavilə ilə işləmək istəyən müəllimlər üçün elektron sənəd qəbuluna başlanılması planlaşdırılır.