Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Vəfa Osmanlının barəsində olan hökmdən kassasiya şikayətinə baxılıb. 

Unikal.org-un məlumatına görə, hakim Tahir Kazımovun sədrli ilə keçirilən prosesdə qərar elan olunub. 

Ali Məhkəmənin qərarına əsasən, V.Osmanlının şikayəti təmin edilməyib. 

Qeyd edək ki, V.Osmanlı vətəndaşlar - Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək onların, ümumilikdə, 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərin bir qismi müəllim vəzifəsində çalışır.

İstintaq və məhkəmə istintaqı dövründə V.Osmanlının barəsində həbs qətimkan tədbiri seçilməmişdi. O, daha sonra məhkəmə iclaslarından yayındığı üçün həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs və zərərçəkmişlər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra o, kassasiya şikayəti verib, bəraət hökmünün çıxarılmasını istəyib. 

Həmçinin zərərçəkmişlər də kassasiya şikayəti verərək, onlara dəymiş ziyanın ödənilməsini tələb ediblər.

Xatırladaq ki, Dövlət İqtisad Universitetində tyuitor vəzifəsində çalışmış çalışan Vəfa Osmanlı həm də dollar alveri ilə məşğul olub. Etibarını qazandığı insanları aldatmağa müvəffəq olan qadın onlara qaşı 1 milyona yaxın dələduzluq edib və pullarını geri qaytarmayıb.