ABŞ-ın Virciniya-Biç şəhərində bələdiyyə binasına silahlı hücum olub.

Unikal.org xarici KİV-lərə istinadla xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Şəhərin polis rəisi Cim Server bildirib ki, silahlı şəxs bələdiyyə binasına daxil olaraq qarşısına çıxan insanlara atəş açıb: "Polis dərhal hadisə yerinə gəlib. Atışma nəticəsində cinayətkar şəxs öldürülüb. Yaralılar xəstəxanaya yerləşdirilib. Biz əvvəlcə 11 nəfərin öldüyünü xəbər verdik. Daha 1 nəfər xəstəxanaya aparılarkən yolda öldü. Yaralılardan 4-ü  cərrahi əməliyyat olunub".

Polisin son məlumatına görə, bələdiyyə binasında hadisəni yerli özünü idarəetmə orqanının yüksək təcrübəli işçisi törədib.