Bakıda 15 yaşlı oğlan itkin düşüb.

Unikal.org-un “Trend”ə istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. Qəsəbə sakini, 2004-cü il təvəllüdlü Məmmədli Rəhman Mehman oğlu mayın 30-da yaşadığı evdən çıxaraq itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.