Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarasiyəzən kənd sakini Müşfiq Abdullayevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilən narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.

Unikal.org-a DİN-dən verilən məlumata görə, şahidlərin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı orada 14 ədəd çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla bağlı Siyəzən RPŞ-də araşdırma aparılır.