Bir sıra məhkəmələrin sədrləri təyin edildilər
Bir sıra məhkəmələrin sədrləri təyin edildilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra məhkəmələrin sədrlərinin təyin edilməsi haqqında sərəncam verib.
Sərəncama əsasən Əsgərov Qürbət Ağa oğlu Şirvan Apelyasiya Məhkəməsinin sədri təyin olunub.
Cəfərov Mahmud Məhəmməd oğlu Naxçıvan Muxtar
Respublikası Ağır Cinayətlər Məhkəməsinin, Süleymanov Elxan Xasay oğlu Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri təyin ediliblər. Rzayev Rəşid Şükür oğlu 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, Qasımov Elçin Lütvəli oğlu Şirvan İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin olunublar.
Həsənov Həbib Bəhram oğlu Bakı Hərbi Məhkəməsinin,
Quliyev Xıdır İnqilab oğlu -Gəncə Hərbi Məhkəməsinin,
Bəşirov Kamil Sücəddin oğlu Füzuli Hərbi Məhkəməsinin sədri təyin ediliblər.
Hacıyev Sədrəddin Abuzər oğlu -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin, Tağıyev Nazim Hüsü oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin, Qaralov İlqar Zahid oğlu Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin, Kazımov Araz Nurəddin oğlu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin, Paşayev Tofiq Temir oğlu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin, Qafarov Ağamalı Məmməd oğlu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin, Əkbərov Məhəmməd Hüseyn oğlu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin, Abbasov İlqar Eyvaz oğlu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin, Hüseynov Araz Firidun oğlu Bakı şəhəri Səbail Rayon Məhkəməsinin, Mahmudov İlham Ağa oğlu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin, Cəfərov Ələddin Adil oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin,
Səmədov Əşir Rəşid oğlu Abşeron Rayon Məhkəməsinin, Səmədov Ağarza Hacırza oğlu Bərdə Rayon Məhkəməsinin, Tağıyev Əli Yunis oğlu Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin, Əfəndiyev Fərhad Məmməd oğlu Göyçay Rayon Məhkəməsinin,
Həsənova Elmira Xandəmir qızı Göygöl Rayon Məhkəməsinin,
Paşayev Əlövsət Bəhrəm oğlu Xaçmaz Rayon Məhkəməsinin, Hacıyev Qurban Həmid oğlu İmişli Rayon Məhkəməsinin, Ləzimov Sulduz Paşa oğlu -Kürdəmir Rayon Məhkəməsinin, Nuriyev İlham Qubad oğlu Qazax Rayon Məhkəməsinin,
Pənahov Füzuli Novruzəli oğlu Quba Rayon Məhkəməsinin,
Kazımov Rasim Sarı oğlu Mingəçevir Şəhər Məhkəməsinin, İbrahimov Elməddin Elyas oğlu Neftçala Rayon Məhkəməsinin,
Qarayev Malik İbrahim oğlu Sabirabad Rayon Məhkəməsinin,
Tağıyev Xəqani Qəhrəman oğlu Salyan Rayon Məhkəməsinin, Nuriyev Mehman Bağış oğlu Şəki Rayon Məhkəməsinin,
Baxşıyev Qafil Yavər oğlu Şəmkir Rayon Məhkəməsinin, Qurbanov Elçin Firudin oğlu -Şirvan Şəhər Məhkəməsinin, Məmmədov Könül Cəlal oğlu Tovuz Rayon Məhkəməsinin, Abbasov Qələmdar Ələmdar oğlu Yevlax Rayon Məhkəməsinin sədri təyin olunublar.