Bakıda ofisdən 200.000 manat dəyərində müxtəlif əşya, mebel və tikinti materialları oğurlanıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, oğurluqlar ötən ilin dekabr ayından bu il may ayının 30-dək olan müddətdə rayon ərazisindəki fəaliyyət göstərməyən ofisdən edilib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Poli Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini Ə.Əliyev saxlanılıb.

Fakltla bağlı araşdırma aparılır.