Astara rayonunun Pensər kənd sakini M.Bayramova  məxsus həyətyanı sahəyə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 50 ədəd çətənə kolu RPŞ-nin əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Unikal.org-a DİN-dən verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən Qazyan kənd sakini K.Məmmədovaya məxsus həyətyanı sahəyə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Daxil olmuş məlumat əsasında Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Məmmədova məxsus həyətyanı sahəyə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Əldə edilən məlumat əsasında Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qaratəpə kənd sakini, əvvəllər məhkum olunmuş S.İbrahimova məxsus həyətyanı sahəyə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 41 ədəd çətənə kolu aşkar edilərək götürülüb.