17 Oktyabr 2019
Rels oğrusu saxlanıldı
Rels oğrusu saxlanıldı KRİMİNAL 15:09 2019-06-01

Şəmkir dəmiryolu stansiyasından oğurluq hadisəsi baş verib.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 31-də Şəmkir dəmiryolu stansiyasının ərazisinə təmir üçün yığılmış 9 ədəd relsbirləşdirici və 13 ədəd relsaltlığı (şpal) oğurlamaqda şübhəli bilinən rayon sakini S.Məmmədov saxlanılıb.