Azərbaycanlı kişi Türkiyənin İstanbul şəhərində avtobus dayanacağında özünü bıçaqlayıb. 

Unikal.org xəbər verir ki, Azərbaycan əsilli olduğu öyrənilən 40-45 yaşlarında bir şəxs üzərində gəzdirdiyi çörək bıçağı ilə özünə xəsarət yetirib. Polislərin müdaxiləsinə baxmayaraq, o, özünə qəsd etməkdən çəkinməyib. Hələlik adı açıqlanmayan həmyerlimiz təcili tibb yardım stansiyasının həkimlərinin köməkliyi ilə yaralı halda xəstəxanaya aparılıb.