Şamaxıda minik və yük avtomobillərinin toqquşması nəticəsində ölənlərin kimliyi məlum olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə zamanı İsmayılov Ramil (1980) və onun qardaşı Rasim dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

16:59

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. 

"Niva" markalı minik avtomobili ilə "SHACMAN" markalı yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırlıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.