Müşfiqabad qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, Bakı-Şamaxı yolunda qeydə alınmış hadisə zamanı "Ford" markalı yük maşını 50-55 yaşlarında bir qadını vurub.

Məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktı Baş DYP İdarəsinin istintaqçıları araşdırır.(ona.az)