Sumqayıtda marşrut avtobusu qəza törədib

Unikal.org xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində, 4 nömrəli şəhər xəstəxanasının qarşısında baş  verib.

Yolu keçmək istəyən 1979-cu il təvəllüdlü Müseyibov Ramil Abdulla oğlunu 30 nömrəli marşrut avtobus vurub.

Nəticədə ağır bədən xəsarətləri alan piyada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.