Bu gün Sumqayıtda marşrut avtobusunda yanğın olub.

Unikal.org xəbər verir ki,  7 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusun mühərrik hissəsi qəfildən alışmağa başlayıb.

Hadisə  yerinə yanğınsöndürənlər cəlb edilib və yanğının avtobusun digər hissələrinə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan  olmayıb.