Ötən il Azərbaycanda qeydə alınan ana ölümlərinin sayı açıqlanıb.

Unikal.org xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, 2018-ci ildə doğuşdan sonrakı dövrün, doğuşun və hamiləliyin ağırlaşması nəticəsində 17 qadın dünyasını dəyişib. 

Məlumata əsasən, ölkə üzrə hər 100 000 nəfər diri doğulanda 12,2 ana ölümü qeydə alınıb.