ABŞ-ın Los-Anceles şəhərinin polisi 9 ermənini bank fırıldağına görə həbs edib.

Unikal.org xəbər verir ki, bu barədə  ABŞ-ın Mühacirət və Gömrük Xidmətinin saytı xəbər verir.

Hüquq-mühafizə orqanları tərəfindən irəli sürülən ittihamnamədə qeyd edilir ki, müttəhimlər başqa bank hesablarına qəbzləri yazmaq üçün dəyişdirilmiş pasportlarda göstərilmiş saxta adlarla açılmış bank hesablarından istifadə ediblər.

Beləliklə, fırıldaqçılar "Bank of America"da 1,5 milyon dollardan çox pulu mənimsəmək üçün 331 erməni pasportundan istifadə ediblər.

Cinayət faktı ilə bağlı 48 yaşlı Ara Malhasyan, 38 yaşlı Smbat Xeçumyan, 45 yaşlı Sveta Xeçumyan (Smbatın bacısı və Malhasyanın arvadı), 30 yaşlı Arutyun Petrosyan, 34 yaşlı Artur Arutunyan, 38 yaşlı Xaçatur Çobanyan, 49yaşlı Civan Ahnazaryan və 37 yaşlı Arman Qriqoryan həbs ediliblər.

Cinayət qruplaşmasının daha bir iştirakçısı - 29 yaşlı Artak Ohoyan hüquq-mühafizə orqanlarına könüllü təslim olub.

Doqquz fırıldaqçının hər biri bank fırıldaqları məqsədilə cinayət əlbirliyində ittiham edilir. Onları 30 il həbsxana cəzası gözləyir. Qeyd edək ki, bu, ermənilərin ABŞ-dakı ilk fırıldaqçı cinayəti deyil.