"Bakı uzaq olsa da, oradakı matçın təşkili əla idi".

Unikal.org xəbər verir ki, İngiltərənin ən məşhur futbol ekspertlərindən biri Brayan Uirli BBC-yə verdiyi açıqlamasında belə deyib.

"Şəhər çox təmiz, təhlükəsiz, stadiona gediş rahat. Madrid əsl cəhənnəm oldu. Çempionlar Liqası tarixində ən pis təşkil olunmuş matçdı. Mən və İngiltərədən "Çelsi"-"Arsenal" matçını seyr etmək üçün Bakıya getmiş on minlərlə fanat qarışlaşmaya ev sahibliyi edən Azərbaycanın paytaxtındakı hazırlıq və təşkilat səviyyəsindən, infrastrukturdan, təhlükəsizliyin təminatından vəcdə gəldik", - o qeyd edib.