“Mən Ukrayna siyasətinin Stiv Cobsu olmaq istəyirəm”.

Unikal.org xəbər verir ki, bunu Ukraynanın sabiq qubernatoru Mixail Saakaşvili bildirib.

Mixail Saakaşvili qeyd edib ki, onun arxasında nə Dövlət Departamenti dayanır, nə də Brüssel: “Mən sadəcə çiyinlərim üstündə baş gəzdirirəm. Mən bir az Ukrayna siyasətinin Stiv Cobsu olmaq istəyirəm. İdeya generatoru...”.

Qeyd edək ki, Zelenskinin vətəndaşlığını bərpa etməsindən sonra Ukraynaya qayıdan Saakaşvili Ali Rada seçkilərində iştirak etməyəcəyini bildirmişdi.