Türkiyə və Kiprdə təlim-təhsil, mülki Aviasiya, idxal-ixrac sahəsində fəaliyyət göstərən bəzi şirkətlərin idarə heyəti başçısı olmuş 55 yaşlı S.A ötən ay İstanbul Təhlükəsizlik Müdirliyinə kömək üçün müraciət edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir zamanlar Atatürkün gəmisi Savaronada işləyən, indi öz gəmisinin qadın kapitanı A.A.Y. ilə cinsi münasibətdə olan iş adamı S.A İstanbul Təhlükəsizlik Müdirliyinə müraciət edərək kömək istəyib.

 O sözügedən qadın kapitanla münasibətdə olduğunu açıqlayaraq bunları deyib:

"Kapitan A.A.Y. mənə aid şəkillər, səs və görüntü qeydləri götürüb. Bunlara şəxsi, biznes məlumatları və sirləri daxildir. Bunlarla məni təhdid etməyə və şantaj etməyə başladı. Bu elektron məlumatları çoxaldaraq fərqli ünvanlarda mühafizə altına aldı. Şantaj yolu ilə bir şirkətimi ələ keçirdi. Məndən yüklü miqdarda pul aldı. Bundan başqa 31 yaşlı bacısı B.A.D. və 34 yaşlı bacısının həyat yoldaşı O.D  də onun ortağıdırlar. Onlar da eyni şəkildə təhdid və şantajla məndən pul aldılar".

İstanbul polisi və prokurorluğun təlimatı ilə A.A.Y.-ni saxlanılıb. Şantaj və təhdid iddialarını rədd edən, alacağı pulları tələb etdiyini deyən A.A.Y. sərbəst buraxılıb.

İş adamı S.A növbəti dəfə məhkəməyə baş vursa da istəyinə nail ola bilməyib. O kapitan A.A.Y-nin bacısı və bacısı əi haqqında da məhkəməyə müraciət edib. Ancaq ifadəsi alınan cütlük və A.A.Y da sərbəst buraxıllıb.

Başqa bir xəbər saytlarında isə söz gedən A.A.Y-nin bir zamanlar qadın kapitan olaraq gündəm olan, okeanların sultanı kimi tanınan Aybike Alev Yanar olduğu iddia edilib.