UEFA Çempionlar Liqasında 2018-19 mövsümünün ən yaxşı 10 qolu açıqlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Ronaldonun qrup mərhələsinin dördüncü turu çərçivəsində "Yuventus"-"Mançester Yunayted" oyunu zamanı rəqib qapısından keçirdiyi qol birinci olub.

"Barselona"nın ulduzu Lionel Messinin yarımfinal mərhələsinin ilk matçında "Liverpul"un qapısına vurduğu qol ikincidir. Sadio Manenin ("Bavariya" - "Liverpul") qolu isə 3-cü ən yaxşı qol olub. 

Mövsümün qolunu müəyyənləşdirən UEFA komissiyasının tərkibində Tomas Şaaf, Peter Rudbek, Devid Moyes, Raul Qonsales, Peki Bonner, Maykl Onil, Qaret Sautqeyt, Roberto Martines və Xines Melendes kimi isimlər yer alıb.

Qeyd edək ki, Ronaldo ardıcıl ikinci dəfə sözügedən nominasiya üzrə qalib olub.