Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, binanın şaxtasında 50 p.m elektrik kabeli və məişət tullantıları yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.