Dağıstanın Çaroda rayonunda avtomobildə qaz partlayışı baş verib.

Unikal.org xəbər verir ki, hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Xəsarət alanlar arasında uşaqlar da var. Bir nəfərin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Zərər çəkənlər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.