"Sumqayıt" klubu 2019/2020 mövsümü üçün ilk transferini reallaşdırıb.

Unikal.org  klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Zirə" ilə yollarını ayıran Vüqar Mustafayevi heyətinə cəlb edib. 

25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Mustafayev yeni klubunda 6 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, Vüqar Mustafayev “Zirə” ilə yanaşı (79 oyun, 1 qol), “Bakı” (16 oyun), “Simurq” (13 oyun) və “Qarabağ”ın (6 oyun) uğurları üçün çalışıb. U-21 (8 oyun) və Azərbaycan millisinin də (1 oyun) formasını geyinmiş V.Mustafayev U-23 yığmasının heyətində IV İslam Həmrəylik Oyunlarının qalibi olub.