Türkiyənin Əskişəhər şəhərində yaşayan azərbaycanlı Elşən İbrahimov pulla dolu bağlamanı yanlışlıqla zibilliyə atıb.

Unikal.org xəbər verir ki, Elşən qardaşı Vüqar ibrahimova məxsus, içərisində 7 min 401 dollar, 800 min avro və 10 manat olan sellofanı zibil qutusuna atıb. Vəziyyəti daha sonra başa düşən Elşən dərhal jandarmaya müraciət edib.

Qısa müddət sonra azərbaycanlı qardaşların pulu Əskişəhər-Seyitqazi yolu üzərində yerləşən zibillikdən tapılaraq təhvil verilib.(qafqazinfo)