Xəbər verildiyi kimi, iyunun 1-də gecə saatlarında Moskva vilayətinin Krasnoqorsk rayonunda xüsusi xidmət qüvvələrin Suriyada döyüşmüş keçmiş əməkdaşı 24 yaşlı Nikita Belyankin qətlə yetirilib.

Unikal.org xəbər verir ki, Rusiya KİV-lərinin yaydığı məlumata görə, Nikita axşam evə qayıdarkən barlardan birinin qarşısında bir qrup şəxsin bir nəfəri döydüyünü görüb. O, təklənmiş şəxsi müdafiə etməyə çalışıb. 

Kütlənin ona qarşı gəldiyini görən Nikita üstündə gəzdirdiyi travmatik tapança ilə göyə xəbərdarlıq atəşi açıb. Lakin davada iştirak edənlərdən biri onu ürəyindən ölümcül yaralayıb. Nikita hadisə yerind keçinib. 

Araşdırma zamanı məlum olub ki, Nikita Belyankini öldürən şəxs Ermənistan vətəndaşıdır. Keçmiş hərbçinin atasının sözlərinə görə, o, hadisənin baş verdiyi gecə Rusiyanı tərk edərək Ermənistana qaçıb. Cinayət işinin istintaqı davam edir, araşdırma aparılır.