19 İyul 2019
18 İyul 2019
“Nadzor”u güllələyərək öldürənin kimliyi bəlli oldu
“Nadzor”u güllələyərək öldürənin kimliyi bəlli oldu KRİMİNAL 11:42 2019-06-04

Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçi işləyən 1990-cı il təvəllüdlü Kəramət Məmmədlini mayın 2-də başından güllələyərək öldürən şəxs saxlanılıb.

Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, K.Məmmədlini Şəmkir rayonu, Bayramlı kəndində yaşadığı evdə elə öz həmkarı, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşı güllələyib. Ailəsindən boşanan K.Məmmədli evdə tək yaşayırmış.

İstintaqın ilkin mərhələsi olduğu üçün şübhəli şəxsin ad soyadı açıqlanmır.

Şəmkir rayon prokurorluğundan bildirilib ki, bu hadisə ilə bağlı cinayət işi onlardan alınaraq Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində davam etdirilir. 

K.Məmmədlinin qətli ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Hadisəni törədən şəxs gizləndiyi üçün axtarışa verilmişdi.