17 Sentyabr 2019
16 Sentyabr 2019
Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır
Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır CƏMİYYƏT 11:48 2019-06-04

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2019/2020-ci tədris ilindən başlayaraq “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul aparılacaq.

Unikal.org xəbər verir ki, Akademiyada növbəti tədris ilindən etibarən II ixtisas qrupu üzrə “İqtisadiyyat”, III ixtisas qrupu üzrə “Hüquqşünaslıq” ixtisasları ilə yanaşı, I ixtisas qrupunda “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə qəbul həyata keçiriləcək.

Eyni zamanda, 2019/2020-ci tədris ilindən başlayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasında ilk dəfə magistratura səviyyəsinə də tələbə qəbulu aparılacaq. Akademiyanın magistratura pilləsinə qəbul Dünya iqtisadiyyatı - Gömrük işi və Hüquqşünaslıq - Beynəlxalq hüquq ixtisasları üzrə həyata keçiriləcək.