Bakıda metroda sevgilisini bıçaqlamaqda təqsirləndirilən Vahid Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Unikal.org-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, V.Abddulayev ötən il sentyabrın 4-də Bakı Metropoliteninin "Nəsimi" stansiyasının platformasında 1972-ci il təvəllüdlü Elnarə Quliyevanı bıçaqlayıb. Hadisə yerindən qaçmağa cəhd edən V.Abdullayev daha sonra saxlanılıb. Məlumatda görə, o, E.Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə qısqanclıq zəminində baş verib.