Paytaxtın Sabunçu rayonunda ağır xəsarətlərlə nəticələnən hadisə qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, iyunun 3-də saat 1 radələrində Sabunçu qəsəbəsindəki kafelərdən birinin qarşısından qəsəbə sakinləri A.Göyüşovun və M.Allahverdiyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə məlumat daxil olub.

Hazırda A.Göyüşovun vəziyyətinin orta-ağır olduğu bildirilir. M.Allahverdiyev isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Əzizov saxlanılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.