Aparıcı Elgiz Əkbər "Səhər-səhər" verilişində aşıqlarla bağlı mövzu qoyub.

Unikal.org-un məlumatına görə, o, proqramında aşıq ifaçılarının savadsızlığından bəhs edib:

"Son 2-3 ildir aşıqlar arasında qəribə bir tendensiya başlayıb. Aşıq musiqisi haqda təzadlı fikirlər yayılır. Bir dəfə çox önəmli şəxs mənə dedi ki, aşıqları görəndə gülməyim gəlir. Bəzi aşıqlar aşıqlıqla klounluğu sintez ediblər. Bu sözü deyən kimi, aşıq Mübarizi dediyimi düşünürlər. Onunla əlaqəsi yoxdur".

Aparıcı aşıq Namiq Fərhadoğlunun keçirdiyi aşıqlarla bağlı müsabiqəni də sərt sözlərlə tənqid edib. Elgiz proqramında qonaq olan Namiqə xitabən "Siz intellektdən uzaq, dünyagörüşü məhdudlaşdırılmış aşıqlardan ibarət yarışma keçirirsiz. Bunun nə xeyri var. Niyə aşıq ləhcə ilə danışmalıdır? Niyə onların intellekti aşağı olmalıdır" sözlərini deyib.