16 Sentyabr 2019
15 Sentyabr 2019
"650 bal ilə 700 balı ciddi şəkildə fərqləndirmək lazımdır" - Ekspertdən AÇIQLAMA
"650 bal ilə 700 balı ciddi şəkildə fərqləndirmək lazımdır"- Ekspertdən AÇIQLAMA CƏMİYYƏT 15:30 2019-06-04

İnsanlar imtahanda uğur əldə etməyəndə intihar belə edirlər. Ümumiyyətlə, Adəm övladı yaranandan zamanı ölçməyə çalışıb. DİM-in də 1992-ci ildən iştirakçıların biliklərini ölçdüyü kimi.  Ona görə də, vaxtı ölçdüyümüz saatın tarixi çox-çox qədimlərdən başlayır. Amma bizdə test üsulu ilə biliklərin ölçüldüyü imtahanların tarixi o qədər qədim deyil, cəmi 27 ildir". 

Unikal.org xəbər verir ki, bunu Təhsil Xidmətləri Araşdırma və Təhlil mərkəzinin rəhbəri Kamran Əsədov deyib.

Ekspert bildirib ki, bəşəriyyətin inkişafının müxtəlif mərhələlərində günəş, ulduz, su, od, qum, çarx, mexaniki, elektrik və atom saatları istifadə olunub.

"DİM tərəfindən də bilikləri ölçmək üçün 27 ildə müxtəlif formatlardan istifadə olunub. Amma hansı daha uğurludur, hansı daha keyfiyyətlidir, bu müəyyənləşməyib.  DİM deyir ki, test imtahanları 1992-ci ildən etibarən keçirilsə də, ilk 700 bal toplayanlar 2007-ci ildə qeydə alınıb. Bunun səbəbi o idi ki, imtahanlar üçün lazimi resurs yox idi, test imtahanı tam şəkildə oturuşmamışdı və hətta ixtisas qrupları daxilində müxtəlif fənlərdən iştirakçılar imtahan verirdi".

Kamran Əsədov diqqətə çatdırıb ki, ümumiləşmiş fənn bloku adı altında humanitar ixtisaslara gedənlər təbiət və texniki fənlərdən,  təbiət və texniki fənlərdə gedənlər humanitar fənlərdən imtahan verirdilər ki, bu sualların cavablandırılmaması onların balına təsir göstərirdi:

"2007-ci ildən etibarən ona görə 700 bal toplayan oldu ki, qeyd etdiyim maneələr, ümumi fənn bloku, resurs çatışmazlığı aradan qalxdı. TQDK (indiki DİM) ilk dəfə fənlər üzrə test bankı 2001-ci ildə çap etdi, siniflər üzrə testlər 2003-cü ildən sonra çap olunmağa başladı və bundan sonra imtahan iştirakçıları sistemli şəkildə qəbul imtahanlarına hazırlaşmağa başladılar. 

DİM deyir ki, pedaqoji nöqteyi-nəzərdən 650 baldan yuxarı nəticə göstərən abituriyentləri bir-birindən fərqləndirmək düzgün deyil. Hörmətli DİM, test imtahanındakı nəticəyə, yəni bala, heç bir halda pedaqoji nöqteyi nəzərdən yaxınlaşmaq olmaz. Pedaqoji nöqteyi-nəzər pedaqoji prosesin qanunauyğunluqlarını aşkara çıxarmaq, insanın şəxsiyyət kimi formalaşması və tərbiyəsi məsələlərini həll etməkdir. Amma 650 və ya 700 bal heç kimin tərbiyə məsələsini formalaşdırmır və həll etmir. Bu rəqəmlər sadəcə olaraq abituriyentlərə müsabiqə şərtinə uyğun seçdikləri ixtisasları sıralamağa imkan verən göstəricidir. Ona görə də 650 bal ilə 700 balı ciddi şəkildə fərqləndirmək lazımdır. Ona görə ki, 650 bal toplayan bakı Ali Neft Məktəbinə qəbul ola bilmir, amma 700 bal toplayan ola bilir, 650 bal toplayan Prezident təqaüdü ala bilmir, amma 700 bal toplayan ala bilir, müəyyən ixtisaslar üzrə hətta 650 bal toplayan ödənişsiz ixtisaslara qəbul ola bilmir, amma 700 bal toplayan ola bilir. Gördünüz nə fərqi var 650 bal ilə 700 balın?

İndi isə  DİM-in fəaliyyətindəki İsveçrə saatı məsələsinə. Bəli, həqiqətən də DİM (TQDK) 27 il ərzində biliyin qiymətləndirilməsi prinsipi ilə fəaliyyət göstərib, orta məktəb proqramını mənimsəmiş istənilən şəxs ali məktəbə qəbul olmaq imkanına malikdir. Amma 29 il əvvəl bu mümkün deyildi. Mən və mənim bütün ailə üzvlərimin hər biri, II qrup Qarabağ Müharibəsi əlili olan atam Əsədov Alimin 6 uşağının hər biri ali təhsil müəssisələrinə qəbul olub, magistratura, doktrantura pilləsinə qədər DİM tərəfindən yaradılmış bu imanlardan istifadə edərək gedə bilib. 

Amma dünyanın ən dəqiq saatı olan atom saatlarında da altı milyon ildə 1 saniyəlik xəta ola bilər.Sizə də zı 1 milyon il mövcud olmağı arzu edirəm. Ancaq sizdə də xəta olmamış deyil. Elektron ərizə qəbulu zamanı olan texniki xətalar, çap zamanı olan xətalar, test tapşırıqlarında elmi və texniki xətalar, test tapşırıqlarının cavablandırılması zamanı olan xətalar və qüsurlar. Özünüz adi 2017 və 2018-ci illərdə IX siniflərin buraxılış imtahanlarının markerlər tərəfindən yoxlanması zamanı yol verilən xətaları bilirsiz. Və ya imtahan nəzarətçilərinin yol verdiyi xətalar və sair. Lakin mən 3 ildir ki, A.Lange & Sohne saatından istifadə edirəm, heç bir xətası olmayıb. 

Gələk  DİM-in tərkibinə hər il keçirilən bütün imtahanların nəticələri əsasında statistik araşdırmalar apararaq “Abituriyent” jurnalının 12-ci sayının dərc olunmasına. Bunun online yüklənmə imkanları olanlarını əldə etəmk asan idi, amma xidmətlər ödənişli olandan sonra bu imkandan məhrum olmuşam. Başqalarına verdiyiniz statistikanı, məlumatları və yolladığınız jurnalları mən çox güclə alıram və lazimi məlumatları paylaşıram. Mənim üçün sizdə məlumat bloku var, bunu özünüz edirsiz və bilirsiz. Sizin “Abituriyent” jurnalının 12-ci sayını Təhsil Nazirliyi araşdırıb nəticə görmür, sadə vətəndaş neynəsin onu? Normal qurum sizin “Abituriyent” jurnalının 12-ci sayından nəticə götürsə idi, indi qəbul və buraxılış imtahanlarının nəticəsi daha yüksək olardı. Amma mən “Abituriyent” jurnalının 12-ci sayını indi əldə edə bilmirəm, online xidmətlərinizdə də yoxdur. Nə edək indi?

Sonra DİM deyir ki, keçən ilə nisbətən müsabiqə balları 50-100 bal aşağı salınıb. Bu yaxşı haldır? Heç eşitmisiz hansısa Amerika, Avropa 6.5 İelts , 1200 SAT balı ilə qəbul apardığı ildə, o balı aşağı salıb? Bu balı aşağı salmaq abituriyentlərdə arxayınlıq yaradır ki, onsuzda 200 bal toplayıb qəbul olacam. Bəli, ali təhsil əlçatan olmalıdır, amma bunun mexanizmi sizin dediyiniz və etdiyiniz deyil. Sizin dediyinizin bir məqsədi var, ali məktəblərin plan yeri nə olur olsun, dolsun. 

İndi gələk niyə 2018-də 29 nəfər 700 bal toplayıb, amma bu il yox. Bunun 3 səbəbi var. Amma əsas səbəb odur ki, siz yeni imtahan modeli üçün lazimi resurları hazırlamamısız. 90-cı illərdə ona görə 700 bal yox idi ki, imtahan iştirakçıları üçün vahid kitab, test yox idi. Hətta orta məktəblərdə dərslik problem var idi. 

İndi də elədir. Sizin yeni imtahan modeli adı altında nəşr etdiyiniz fənlər üzrə test bankların hamısı köhnə dərsliklərindir. Yeni kurikulum dərsliklərinə uyğun test bank yoxdur. Sizə yeni test bankınızda olan minlərlə test görtərərəm ki, hal hazırda qəbul proqramına daxil olunmuş dərsliklərdə yoxdur. XI siniflər üçün sinif testi çap olunmayıb. Bu il imtahan verən XI sinif şagirdi XI sinif üzrə sinif testlərini, yeni imtahan modelinə uyğun test görmədən qəbul imtahanı verir. 

Yoxlama prosesində marketlər müəyyən qədər səhvlərə yol verirlər. Şablon cavablar yalnız doğru hesab olunur ki, bu da qüsurlu yanaşmadır.

Siz, birinci yeni qəbul imtahanı modelinə uyğun baza formalaşdırıb, ondan sonra tam şəkildə yeni imtahan modelinə keçməli idiz. Siz Təhsil nazirliyinə, orta məktəblərə ümid edib, buna getməyin. Otra məktəbdə çalışan müəllimlər Təhsil nazirinin müavinlərinin dediklərinə görə savadsızdılar, onların psixoloji problemləri var.  Bizim məktəblərdə ingilis dilindən dinləmə aparatı, bunun üçün lazımi resurs olmadan imtahanda bu modeldən istifadə etdiz. Bir nəticəni təhlil edin ki, nə qədər şəxs bu modeldən çətinlik çəkib. 

Bir də ah vay məsələsinə, ah vayı ölü olanda edirlər, amma ictimai fikri deyim ki, bunu düz ifadə etmisiz. Təəssüf ki, bizdə təhsil ölür, onu siz öldürüsüz Təhsil nazirliyi ilə birlikdə. 

Son olaraq konfrans məsələsinə gəlim. Düzü qeydiyyatdan keçmək istədim, sistemə baxa da bilərsiz, sonra düşündüm ki, 100 faiz qəbul edilməyəcək və imkan verilməyəcək. bu konfrans üçün çıxış məruzəmin, yeni modelin bir hisəsini Təhsil nazirliyinə yolladım, amma daşdan səs çıxdı, onlardan başqa səs çıxdı, 14 direktoru öyrədib üstümə cumdurdular. Çünki bundan qısa müddət əvvəl belə bir tədbir var idi, Təhsil Nazirliyi ora müdaxilə edib mənim çıxışımın olmamasını tələb etdi və nail oldu. Bu səbəbdən hər iki qurumun tədbirinə getmirəm. Ona görə ki, sizlər sağlam iradı qəbul etmirsiniz. Mənim üçün şəxslər heç vaxt önəmli olmayıb və hədəfim deyil. Məqsəd təhsil siteminin inkişafı, insanlar üçün təhsilin əlçatımlılığının təmin olunmasıdır".