Samux rayonunda yanğın baş verib.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Çobanabdallı kəndində birinin ümumi sahəsi 20 m², digərinin ümumi sahəsi 6 m² olan iki köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı bağ sahəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.