İyunun 4-də saat 8 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində N.İsayev idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən M.Şahmarovun idarə etdiyi “KamAZ-5511” markalı avtomobilə vurub.

Unikal.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə N.İsayevin sərnişinlərindən Qismət Qasımov və Fikrət Usubov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.