Bakı sakininin avtomobilindən 11 kq civə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ə.Qədimovun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı oradan çəkisi 11 kiloqram olan civə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.