AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan – Macarıstan matçının hakimləri müəyyənləşib.

Unikal.org xəbər verir ki, iyunun 8-də keçiriləcək qarşılaşmanı hollandiyalı hakimlər idarə edəcək.

“Bakcell Arena”dakı qarşılaşmanın baş hakimi Kevin Blom olacaq. Ona Bas van Dongen və Yohan Balder yardım edəcəklər. Dördüncü hakim funksiyasını Serdar Gözübüyük yerinə yetirəcək.

Qarşılaşmanın hakim-inspektoru belaruslu Oleq Çikun, UEFA nümayəndəsi san-marinolu Paolo Rondelli olacaq.