Müğənni Mətanət Əsədova şəxsi həyatından danışıb.

Unikal.org Lent.az -a istinadən xəbər verir ki, ifaçı "Ulduzlu yayım" verilişində bildirib ki, onu alan olsa, sənətdən gedər:

"Allah mənə səs, gözəl görünüş, yaxşı qəlb və ağıl verib. Fiziki cəhətdən qüsursuz insanam. Allah nə etməli idi, mükəmməl ər verməli idi? Yaxşı ər olsaydı, evimdə oturardım. Sonuncu dəfə mikrofonu sizin yanınızda əlimə götürəcəkdim, daha sonra bu sahə ilə vidalaşacaqdım. Problemlərimi həll etmək üçün oxuyuram. Qəşəng geyinib, səhnəyə çıxmaqla insan xoşbəxt olmur. Bir damcı səsim tələbatımı həll edib. Oxumasam, acından ölərəm".