Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Geta kəndində (Aşağı Güləver) ötən gün yağan güclü dolu yaşayış evlərinə ciddi ziyan vurub.

Unikal.org “Report”a istinadən xəbər verir ki, bu gün Bolnisi rayonunun icra başçısı Davit Şerazadişvili bələdiyyənin infrastruktur departamentinin rəhbəri ilə birgə kəndə baş çəkib.

Güclü dolu kənddəki yaşayış evlərinin dam örtüklərini yararsız hala salıb.

D.Şerazadişvili dolunun ziyan vurduğu kənd sakinləri ilə görüşüb və yaranan problemlərin aradan qaldırılacağına söz verib.