Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən məlumatına görə, hadisə Ocaqlı kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 2012-ci il təvəllüdlü Nəzərov Yusif Çingiz oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.